Külli miqdarda marixuana aşkarlanaraq götürülüb 

16:36 18.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllı rayon sakinindən külli miqdarda marixuana aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Xanagah kənd sakini C.Əhmədov Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında İsmayıllı rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Axtarış zamanı ondan bir kiloqramdan artıq marixuana və elektron tərəzi götürülüb.

Ona narkotik vasitəni satmaqda şübhəli bilinən Kürdmaşı kənd sakini C.Quliyev də tutulub.

Faktla bağlı araşdırmalar aparılır.